Modern.az

Oğuzun yeni icra başçısı gənclərin kampaniyasına qatılıb (FOTOLAR)

Oğuzun yeni icra başçısı gənclərin kampaniyasına qatılıb (FOTOLAR)

24 May 2011, 12:51

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən “VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası növbəti seçim turunu Oğuzda keçirilib.
Oğuz  şəhər Mədəniyyət mərkəzində baş tutan tədbirin açılış mərasimində rayon İcra Hakimiyyətin başçısı Eyvaz Qurbanov  bu kampaniyanın olduqca önəmli olduğunu gənclərin diqqətinə çatdırıb. Bildirib ki, gənclərin bu layihələrə cəlb edilməsi çox əhəmiyyətlidir. Region gənclərinin də Milli Şura tərəfindən belə tədbirlərdə iştirakının təmin edilməsinin düzgün bir addım olduğunu qeyd edib. İcra Hakimiyyətinin başçısı Oğuz gənclərinə yarışmada uğurlar arzulayıb.

Çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili gənclər siyasətinin Şura tərəfindən daim aparıldığını və bundan sonra da aparılacağını diqqətə çatdırıb. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv  təbəqəsi olan gənclər  tərəfindən mövcud  güclü  dəstəyin aydın şəkildə nümayişinin Kampaniyanın əsas məqsədi olduğunu söyləyən Fuad Muradov gənclərlə bağlı yeni qəbul olunacaq proqramdan da danışıb.  Bildirib ki, işçi qrupu olaraq bu proqramın üzərində ciddi işləyirlər.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi, “VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyasının müəllif və rəhbəri Orxan Ərəbov çıxış edərək gənclərə kampaniyanın məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib.

Daha sonra Oğuz rayon 3 saylı məktəbdə yarışma keçirilib. Kampaniyada 150 gənc iştirak edib. Bunlardan bir qismi keçməcələrdən (puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb. Oğuzlu gənclər yeni hazırlanan dövlət gənclər proqramına öz təkliflərini də veriblər.
Tədbirdən sonra işçi qrupu Oğuz-Qəbələ-Bakı su kəməri idarəsində olublar.

 

 

 

 

 

 

 

 

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal