Modern.az

Əhmədinejad İlham Əliyevə dəvətnamə göndərib

Əhmədinejad İlham Əliyevə dəvətnamə göndərib

24 May 2011, 12:45

Azərbaycan prezidenti İrana dəvət edilib

İran prezidenti Mahmud Əhmədinejad Azərbaycanın dövlət başçısı İlham Əliyevi İrana dəvət edib. Bu barədə İRNA Agentliyi məlumat yayıb. Modern.az İRNA-ya istinadən bildirir ki, İran prezidenti Azərbaycanlı həmkarını Tehranda yaxın vaxtlarda keçiriləcək terrorla mübarizə ilə bağlı beynəlxalq konfransa dəvət edib.
Dəvəti Azərbaycan prezidentinə İran prezidentinin xüsusi nümayəndəsi Məhəmməd Rza Rauf Şeybani çatdırıb. Xarici işlər nazirinin müavini kimi Bakıya səfər edən Şeybani dünən Azərbaycan prezidenti tərəfindən qəbul edilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular