Modern.az

Deputatın təşəbbüsü ilə tələbələrlə maddi yardım göstəriləcək

Deputatın təşəbbüsü ilə tələbələrlə maddi yardım göstəriləcək

24 May 2011, 14:11

YAP Nəsimi rayon təşkilatı Heydər Əliyevin xatirə günü və Azərbaycanın müstəqilliyimizin bərpa olunmasının 20 illiyi ilə əlaqədar silsilə tədbiləri davam etdirir. Təşkilatdan verilən məlumata görə, bu tədbirlər siyasi mahiyyət daşımaqla bərabər, həm də xeyriyyəçilik və sosial yönümlüdür.

Nəsimi rayonu ərazisində bir çox ali məktəblər və onların tələbə yataqxanaları yerləşir. YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının iştirakı ilə silsilə təbdirlərdən biri kimi bu tələbə yataqxanalında yaşayan sosial vəziyyəti nisbətən çətin olan tələbələrlə görüş keçiriləcək. Bu görüşdə həmin tələbələrin sosial problemləri dinləniləcək, onalara maddi yardım göstəriləcək.

Artıq ilk belə görüş 22 aprel tarixində Bakı Slavyan Universitetinin tələbə yataqxanasında keçirilib. YAP Nəsimi rayon təşkilatı növbəti belə görüşü Azərbaycan Dillər Universitetinin tələbə yataqxanasında keçirməyi qərara alıb.

Görüş 25 may 2011-ci il tarixində saat 15.00-da ADU-nin tələbə yataqxanasında keçiriləcək. (Ünvan: Şərifzadə küçəsi 4 - “Azərbaycan” Nəşriyyatının arxası).

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular