Modern.az

Heydər Əliyev Mərkəzinin parkında "Dihaj" qrupunun konserti olub 

Heydər Əliyev Mərkəzinin parkında "Dihaj" qrupunun konserti olub 

20 Avqust 2017, 13:18

Avqustun 19-da Heydər Əliyev Mərkəzinin parkında "Dihaj" qrupunun konserti keçirilib.

 

Modern.az xəbər verir ki, qrup tamaşaçılara yeni albomundan mahnılar təqdim edib. "Dihaj"ın özünəməxsus, maraqlı ifası alqışlarla qarşılanıb.

 

Sonda qrupun solisti Diana Hacıyeva tamaşaçıların istəyi ilə sevilən "Gecələr" mahnısını ifa edib.

 

Növbəti tədbirlər barədə məlumatları Mərkəzin Facebook və Instagram (@heydaraliyevcenter) səhifələrindən izləyə bilərsiniz.

 

Mərkəzin parkındakı həftəsonu tədbirlərinə giriş sərbəstdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək