Modern.az

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

20 Avqust 2017, 17:13

Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

 

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

 

 

Əməliyyat saat 15:40-da başa çatıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək