Modern.az

“Hicab” isterikası: iranlı qadınlar Azərbyacanın əleyhinə imza atıblar

“Hicab” isterikası: iranlı qadınlar Azərbyacanın əleyhinə imza atıblar

24 May 2011, 15:45

BƏSİC İran qadınları arasında Azərbaycan əleyhinə imzayığma kampaniyası aparır

İranda on min iranlı qadın Azərbaycan Respublikasının hicablı qizlarını dəstəkləməsi barədə bəyanat imzalayıb. Bu barədə “Fars” Agentliyi xəbər yayıb. Bu barədə Agentliyə BƏSİC Qadınlar İcmasının rəhbəri Mino Aslani məlumat verib. Modern.az İran KİV-lərinə istinadən bildirir ki,  Aslani “Kövsər mövludu” münasibətilə keçirilən bayram mərasimində on min iranlı qadının Azərbaycanın təhsil ocaqlarına hicablı qizlarını gəlməsinin qadağan olunmasını pisləyən bəyanata imza ataraq BMT-nin Tehranda yerləşən katibliyinə göndəriləcəyini deyib.

Mino Aslani “Fars” agentliyi ilə müsahibəsində bildirib ki, bu mərasim çərçivəsində İslam ölkələri, xüsusilə də Bəhreyn qadınlarının inqilabi hərəkatlarını dəstəkləməklə yanaşı, Azərbaycan təhsil ocaqlarında hicabın qadağan olunması ilə üzləşmiş hicablı qadınlar da dəstəklənəcək.
“İranlı qadınlar bu qadağaya öz etirazlarını bildirmək üçün küçələrə çıxacaqlar”-deyə BƏSİC nümayəndəsi vurğulayıb.  

BƏSİC Qadınlar İcmasının rəhbəri Azərbaycan təhsil ocaqlarında guya hicabın qadağan olmasını məhkum edən bəyanatı şərh edərkən qeyd edib ki, imzayığmada məqsəd ölkənin antiislam qanunlarına qarşı etirazını bildirməkdir.

Qeyd edək ki, İran Azərbaycanda dindar kəsimin keçirdiyi “hicab” aksiyalarına fəal şəkildə dəstək verir və bununla bağlı etiraz aksiyaları qonşu ölkənin telekanallarında siyasi şərhlərlə efirə verilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular