Modern.az

Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür edib

Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür edib

21 Avqust 2017, 20:16

Gürcüstan hökuməti ölkə ərazisində yanğının söndürülməsinə göstərdiyi köməyə görə Azərbaycan tərəfinə və şəxsən Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Azərbaycan helikopteri tezliklə Gürcüstan sərhədini keçəcək və Sərhəd Polisinin helikopteri ilə yanğının söndürülməsi prosesinə qoşulacaq”, - deyə DİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək