Macarıstanda sərhədi qanunsuz keçmək istəyən miqrantlar saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, son üç gündə 162 miqrant saxlanılıb.
Nazirliyin məlumatında qeyd olunur ki, avqustun 7-dən 20-dək ölkənin dövlət sərhədlərində ümumilikdə 482 qaçqın saxlanılıb.
Qaçqın axınının qarşısını almaq üçün Serbiya ilə sərhəddə tikanlı məftillər çəkilib. Bununla yanaşı, sərhədyanı rayonlarda fövqəladə vəziyyət elan edilib və sərhədi qanunsuz keçmək cəhdinə görə cəza sərtləşdirilib.
Modern.az