Rusiyanın Rostov şəhərində güclü yanğın artıq 25 evi əhatə edib. Modern.az "Ria Novosti"yə istinadən xəbər verir ki, güclü yanğın nəticəsində yaralananların sayı 36 nəfərə çatıb.
Rostov vilayətinin səhiyyə nazirliyinin başçısı Tatyana Bıkovskaya bildirib ki, tibbi yardım üçün 36 müraciət daxil olub. Onların arasında bir FHN əməkdaşı da var.
Qeyd edək ki, yanğının söndürülməsi üçün təyyarə və 5 helikopter cəlb edilib. Ərazidə 437 yanğınsöndürən, 212 texnika işləyir, 560 nəfər təxliyə edilib.
Modern.az