"Sentyabrın 10-da Ukraynaya qayıdacam. Çoxları mənə bunu etməyi məsləhət görmür. Bir neçə Avropa ölkəsi mənə vətəndaşlıq verməyi təklif ediblər. Burada işsiz qalmayacam. Lakin təkliflərdən imtina etmişəm və Ukraynaya qayıtmağa hazırlaşıram". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili özünün "facebook" səhifəsində yazıb.
Mixeil Saakaşvili bildirib ki, oliqarx İvanişvili də hakimiyyəti dövründə barəsində cinayət işi qaldırıb: "Bu ona görə edilib ki, Gürcüstanda siyasətlə məşğul ola bilməyim. Eynilə Poroşenko da belə fərman verib və məni Gürcüstana qaytarmaqla təhdid edir. Ukrayna-Polşa sərhədində görüşənədək".
Modern.az