Modern.az

Şəki sakinləri çaya dərman tökülməsindən narahatdır - VİDEO

Şəki sakinləri çaya dərman tökülməsindən narahatdır - VİDEO

21 Avqust 2017, 23:46

Şəkidə çaya dərman tökülüb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, kənd sakinləri yaşadıqları çay ərazisinə çoxlu miqdarda dərman maddələrinin atılmasından və bunun antisanitar vəziyyət yaratmasından narahatdırlar.

Məlumata görə, Qumux kəndi Baş Layski ərazi bələdiyyə bölgüsünə daxildir. Kənd rəsmiləri bildirir ki, hadisə haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsinə məlumat verilib və əraziyə baxış keçirilib. Ərazinin dərman maddələrindən təmizlənməsi və zərərsizləşdirilməsi onlar tərəfindən həyata keçirilməlidir. Bələdiyyə bu zaman onlara yalnız köməklik göstərə bilər. Ərazinin bu maddələrdən təmizlənməsi bələdiyyənin səlahiyyəti xaricindədir.

 

Maraqlıdır ki, hər iki qurum məsuliyyəti bir birinin üzərinə atır. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov əraziyə baxış keçirildiyini və dərmanların yığışdırılması işinin kənd bələdiyyəsi tərəfindən həyata keçirilməli olduğunu bildirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək