Modern.az

Nazir “Özünədəstək” - birdəfəlik ünvanlı yardım layihəsindən söz açıb

Nazir “Özünədəstək” - birdəfəlik ünvanlı yardım layihəsindən söz açıb

24 May 2011, 18:54

Mayın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə Regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Dünya Bankı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi layihələrin icrası sahəsində vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkəmizdə icra olunan ünvanlı dövlət sosial yardımı proqramı barədə nümayəndə heyətinə ətraflı məlumat verən Fizuli Ələkbərov bu sahədə görülən işlərin aztəminatlı əhali qruplarının rifahında müsbət dəyişikliklər yaratdığını qeyd edərək, Azərbaycan hökumətinin yoxsulluğun aradan qaldırılmasında aktiv tədbirlərə üstünlük verdiyini vurğulayıb. Bu istiqamətdə pilot layihə kimi həyata keçirilən “Özünədəstək” - birdəfəlik ünvanlı yardım layihəsindən söz açan nazir bu layihənin əhali, xüsusən kənd əhalisi tərəfindən rəğbətlə qarşılandığını, layihənin cari ildə daha üç rayonda, gələn ildən isə bütün ölkədə icra ediləcəyini bildirib.

Ünvanlı dövlət sosial yardım proqramının regionda ən uğurlu layihələrdən biri olduğunu deyən Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə Regional direktoru Əsəd Alam Azərbaycan Hökumətinin həyata keçirdiyi bu proqramın, eləcə də aztəminatlı ailələrə aktiv dəstək proqramı olan Özünədəstək-birdəfəlik ünvanlı yardım  layihəsinin əhəmiyyətindən danışıb və belə layihələrin aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşmasında böyük rol oynadığını deyib.

Görüşdə Dünya Bankı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında ölkəmizdə sosial müdafiə işinin inkişafı sahəsində bundan sonra da yeni layihələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

                                     
Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular