Modern.az

Müxalifət mitinq qərarı verdi

Müxalifət mitinq qərarı verdi

24 May 2011, 22:00

Mayın 24-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. Modern.az-ın məlumatına görə, iclasda əsasən mitinq məsələsi, 28 may respublika gününə və İctimai Palatanın 27 may sessiyasına hazırlıq məsələləri müzakirə olunub.

Qurum üzvlərinin müzakirəsindən sonra qərar verilib ki, ya iyun ayının 12, ya da 19-da İctimai Palatanın mitinqi keçirilsin. Bu iki tarixdən hansının üzərində dayanılması və qərar verilməsi isə İctimai Palatanın mayın 27-də keçiriləcək sessiyasında məlum olunacaq.

İclasda İctimai Palatanın “Yol Xəritəsi” adlı sənədlə bağlı da müzakirə aparılıb. Bundan başqa, mayın 22-də aksiya keçirdikləri üçün həbs olunan gənclər haqqında bəyanat hazırlanıb. Bəyanatda gənclərin azadlığa buraxılması tələb edilir. Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin həbsinin daha iki ay qanunsuz olaraq uzadılmasına etiraz bəyanatı qəbul edilib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular