Modern.az

Bayram Kürdəxanılını maşın vurub öldürdü

Bayram Kürdəxanılını maşın vurub öldürdü

Aktual

23 Avqust 2017, 09:39

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

 

Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil vurub.

 

B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb. 

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?