Daxili İşlər Nazirliyi tanınmış meyxanaçı Bayram Quliyevin (Kürdəxanılı) ölümü ilə bağlı xəbər yayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub.
Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.