Modern.az

Sabahın havası – 41 dərəcə isti olacaq

Sabahın havası – 41 dərəcə isti olacaq

23 Avqust 2017, 12:38

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

 

Şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-55 % olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

 

Rayonlarda yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

 

Gecə 20-25°, gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?