Modern.az

Bulvarda qadın meyiti tapıldı

Bulvarda qadın meyiti tapıldı

23 Avqust 2017, 14:39

Avqustun 8-də saat 15 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarındaqadın meyiti tapılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.  

 

Meyitin əlamətləri: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.

 

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub.

 

Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?