Modern.az

Rəsmi qurumların Bakıdakı sənədsiz evlərlə bağlı apardığı iş nə yerdədir..?

Rəsmi qurumların Bakıdakı sənədsiz evlərlə bağlı apardığı iş nə yerdədir..?

25 May 2011, 12:37

Bakı Şəhər İH, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalama və Arxitektura Komitəsindən Modern.az saytına deyilənlər...

Bu ilin əvvəlində Prezident İlham Əliyev aidiyyatı qurumlara Bakıdakı sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı göstəriş verib. Məlumatlara görə, yaxın zamanlarda məsələnin icrasına başlanılacaq.

Amma məsələnin maraq doğuran tərəfi bu prosesin hansı qurumlar tərəfindən həyata keçirilməsi, prosesin hansı mərhələdə olması ilə bağlıdır.

Sənədsiz evlərin sənədləşdirilməsi məsələsinin hansı mərhələdə olduğunu öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə saxladıq. Qurumun mətbuat xidmətindən Modern.az-a bildirildi ki, sözügüdən məsələ ilə bağlı onlarda hər hansı məlumat yoxdur: “Bu barədə bizdə məlumat yoxdur. Bu işlə məşğul olmaq tağşırığı digər qurumlara verilib”. 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri Eldar Sadıx dedi ki, hazırda komitənin Bakı şöbəsində bununla bağlı heç bir iş getmir: “Bizə hər hansı mexanizm verilməyib. Bizim komitənin torpaqlara sənəd vermək ixtiyarı yoxdur. Bu iş tapşırılıb bələdiyələrə, onlar torpaqlara sənəd verir, bizim qurum isə təsdiq edir. Bu məsələ ilə bağlı gərək rayon icra hakimiyyətləri nəsə iş görsün”. 

Dövlət Şəhərsalama və Arxitektura Komitəsinin şöbə müdiri Çahangir Qocayev də məsələdən xəbərdar deyil: “Bununla bağlı mexanizim hazırlanıb verilməli idi. Bizim şöbələrdə bununla bağlı məlumat yoxdur. Mən də hər hansı məlumata sahib deyiləm”.
Əmlak Məsələləri Dövlət Komitəsindən isə məsələyə münasibət öyrənə bilmədik.

Qeyd edək ki, ölkə Prezidentinin göstərişinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlərin məsələsiylə bağlı mexanizm hazırlamalı və layihə razılaşdırılmaq üçün Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmalı idi. Bundan sonra yekun variant qəbul edilə bilər.   

Sədaqət Süleymanova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər