Modern.az

Nərimanovdakı yanğın sondürülüb

Nərimanovdakı yanğın sondürülüb

Aktual

23 Avqust 2017, 22:41

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakının  Nərimanov rayonunda 10 kvadrat metr sahədə məişət tullantıları və 6 kvadrat metr sahədə taxtadan ibarət hasar yanıb. Yüksək temperaturdan bitişik 13 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində quraşdırılmış 2 ədəd kondinsioner qismən, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kvadrat metr  olan eyvanın plastik pəncərəsi əriyib.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!