Modern.az

Zabit Səmədovdan növbəti qələbə - VİDEO

Zabit Səmədovdan növbəti qələbə - VİDEO

Aktual

23 Avqust 2017, 23:15

Çeçenistan Respublikasının paytaxtı Qroznıda azərbaycanlı kikboksçu Zabit Səmədovla hollandiyalı Errol Tsimmerman arasında revanş görüşü keçirilib. Modern.az “Report”a istinadən xəbər verir ki, Çeçenistanın birinci prezidenti Axmat Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində baş tutan döyüş Z.Səmədovun qələbəsi ilə yekunlaşıb.

2008-ci ildə Avropa Qran-prisinin finalında hakimlər qələbəni Hollandiya idmançısına vermişdi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?