İmişli rayonunun Mirili kəndi ərazisində, kənd sakinləri 13 yaşlı Rufulla Qasımov və qardaşı 12 yaşlı Məcidi elektrik cərəyanı vurub. DIN-in yaydığı məlumata görə, balıq ovundan qayıdarkən qardaşların əllərindəki qarmaq 10 kilovatlıq elektrik naqilinə toxunub. Nəticədə Rufulla orada ölüb, Məcid isə yanıq xəsarəti ilə xəstəxanaya gətirilib, vəziyyəti orta-ağırdır.
Modern.az