Modern.az

Ağsuda qadın oğlu ilə əlbir olub ərini öldürdü

Ağsuda qadın oğlu ilə əlbir olub ərini öldürdü

24 Avqust 2017, 09:20

Ağsu rayonunda qətl törədilib.

 

APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamıyev Şamxal İkram oğlu ailə münaqişəsi zəminində öldürülüb.

 

Bildirilir ki, onu arvadı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə qətlə yetirib. Ana və oğlu əvvəlcə onun əl-qolunu bağlayıblar, sonra balta ilə bədəninin müxtəlif yerlərinə vurublar.

 

Nəticədə kişi aldığı xəsarətdən ölüb. Hadisə törədən ana və oğlu polisə könüllü təslim olublar.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB