Modern.az

Sumqayıtda yataqxanada yanğın: 30 nəfər təxliyə edilib

Sumqayıtda yataqxanada yanğın: 30 nəfər təxliyə edilib

Aktual

24 Avqust 2017, 11:40

Sumqayıt şəhərində 5 mərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 26 m2 olan 1 otaqlı mənzilin eyvanında yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, eyvanda 1 ədəd soyuducu, 2 ədəd taxtadan ibarət rəf 2 m2 sahədə yanıb. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü