Modern.az

AFFA: “Qarabağın qələbəsi informasiya müharibəsinə böyük töhfədir”

AFFA: “Qarabağın qələbəsi informasiya müharibəsinə böyük töhfədir”

Aktual

24 Avqust 2017, 11:56

“Qarabağ” komandası Azərbaycan futbol tarixində daha bir ilkə imza atdı.

 

Səfərdə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşan Ağdam klubu minimal hesabla - 2:1 məğlub olub. Amma “Qarabağ”ın Bakıdakı ilk oyunda 1:0 hesablı qələbəsı komandamızın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını təmin edib. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

 

Milli Məclisin deputatı, AFFA-nın I vitse perezidenti, Rauf Əliyev "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

AFFA-nın I vitse perezidenti  deyib ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarix yazdı.

“Qarabağ Futbol Klubu Azərbaycan futbol tarixində ilk dəfə olaraq Avropa Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək. Bu böyük tarixi qələbədir. Qarabağın bu zəfərinin siyasi əhəmiyyəti də çox böyükdür. Qarabağ Futbol Kulubunun bu zəfəri Qarabağ həqiqətlərini dünyaya çatdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsinə böyük töhfə oldu. Bu tarixi zəfər milyonlarla azərbaycan vətəndaşına böyük  sevinc hissi bəxş etdi. Bu tarixi zəfərə görə Qarabağ Futbol Kulubunun rəhbərliyini, bütün komanda üzvülərini səmimi qəlbdən təbrik edir, onlara Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında uğurlar arzu edirəm”.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü