Modern.az

“Hakimlər haqsızlıq etməsə, vətənə medalla qayıdacağıq” – Boksçumuzdan PROQNOZ

“Hakimlər haqsızlıq etməsə, vətənə medalla qayıdacağıq” – Boksçumuzdan PROQNOZ

Aktual

24 Avqust 2017, 12:06

Kişi boksçulardan ibarət yığmamız avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində təşkil olunacaq mundialda iştirak edəcək. Dünya çempionatında ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.

 

Dünya çempionatı mükafatçısı  Pərviz Bağırov Modern.az-a açıqlamasında bildirib ki, yığmamız yarışa tam hazırdır. Onun sözlərinə görə, əsas hədəf qalibiyyət və  ölkəyə medalla qayıtmaqdır:

 

“Hər şey öz qaydasında gedir. Əhval-ruhiyyəmiz də yaxşıdır və medalla qayıdacağımızıa inanırıq. Mən də özümü yarışa tam hazır hiss edirəm. 2016-cı ildə Dohada dünya çempionatında 3-cü yer tutdum. Bu da zədə ilə bağlıdı idi. Amma indi şükür, zədə yoxdur.

 

Avropa çempionatında olduğu kimi adətən hakimlərin bizə haqsızlığı müşahidə edilib. Əgər yenidən  belə bir şeylə rastlaşmasaq, vətənə medalla qayıdacağıq”.

 

Qeyd edək ki, komandamız avqustun 22-də yarışın keçiriləcəyi Almaniyaya yollanıb. Hamburqda 10 çəki dərəcəsinin hərəsində 28 nəfər olmaqla, ümumilikdə 280 boksçu mübarizə aparacaq.

 

Mundialda ən çox boksçu ilə Avropa təmsil olunacaq. “Köhnə qitə”dən hər çəki dərəcəsində 8 idmançı gücünü yoxlayacaq. Hamburqa Asiya və Amerika qitələrinin hərəsi hər çəkidə 6, Afrika 4 və Okeaniya 2 idmançı ilə gələcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü