Modern.az

Hadı Rəcəbli gəncin orduya yola salınması mərasimində

Hadı Rəcəbli gəncin orduya yola salınması mərasimində

Aktual

24 Avqust 2017, 12:20

 

Son dövrlər Lənkəranda idarə və müəssisələrdən gənclərin ordu sıralarına yola salınması mərasimləri təşkil edilir.

 

Belə müəssisələrdən biri də Lənkəranda fəaliyyət göstərən “TURKOM” məhdud məsuliyyətli cəmiyyətdir.

 

Bu müəssisədən demək olar ki hər ay ordu sıralarına yola salma mərasimləri keçirilir. Bu axşamlara hərbi qulluğa gedən gənclərin valideynləri, qohumları, dostları dəvət olunur.

  

Belə tədbirlərdən biri də bu günlərdə Orxan Kərimli üçün keçirilib. Bu çağırışçı 3 il müddətində yay tətili günlərində və dərsdən kənar vaxtlarda müəssisədə çalışıb, təmiz əxlaq və nümunəvi intizam nümayiş etdirib .

 

Milli Məclisin deputatı Hadı Rəcəbli çıxış edib, gənclərimizin zərərli vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün görülən valideyn cəmiyyət münasibətlərinin faydalı tandemindən danışıb.

 

O, Orxana bir neçə kitab və xatirə hədiyyəsi təqdim edib.

 

 

Çağırışçının atası Kərimli Kərim olkədəki əmin-əmanlığa və sabitliyə görə ölkə prezidenti hörmətli cənab İlham Əliyevə minnətdarlığını bildirib və vətənin müdafiəsi üçün idmançı oğlunu orduya yola salmasından iftixar hissi keçirdiyini söyləyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü