Modern.az

Toz dumanınının səhhətə zərəri var?

Toz dumanınının səhhətə zərəri var?

Aktual

24 Avqust 2017, 13:20

Dünəndən başlayaraq  Bakı və Abşeron  yarımadasında Türkmənistan ərazisindən daxil olan toz dumanı müşahidə olunmaqdadır. Bir çoxları bu cür hava şəraitində nəfəs yolu xəstəliklərindən əziyyət çəkən insanların açıq havada qalmamasını məsləhət görür.

Bəs müşahidə olunan toz dumanı daha ciddi fəsadlara yol aça bilərmi?

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov Modern.az-a açıqlamasında heç də ciddi fəsadların olmayacağını dilə gətirib.

 

“Havada toz kütləsinin çoxalması nəfəs yollarına mənfi təsir göstərir. Digər tərəfdən də evlərimiz, ofislərimiz toz olur. Amma bu toz dumanının ciddi fəsadları yoxdur. Ona görə də təhlükəli, sensasiyalı nəsə gözləmək lazım deyil”.

 

Direktor müavininin sözlərinə görə, Qaraqum səhrasında əmələ gələn bu cür  hava kütləsi  bütün mərkəzi Asiyanı əhatə edir.

 

“Biz buna Orta Asiya hava kütləsi deyirik. Orta Asiya hava kütləsi yay aylarında Azərbaycana daxil olanda səhra üzərində formalaşdığına görə səhrada olan tozlar hava kütləsi ilə daxil olur. Hətta Xəzər dənizi hava kütləsindəki tozu bir qədər azaldır. Bununla belə böyük miqdarda toz Azərbaycana daxil olur. Bu cür hava kütləsi maksimum 3 gün davam edir”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü