Modern.az

Dünya “Qarabağ”la maraqlanır – RƏQƏMLƏR

Dünya “Qarabağ”la maraqlanır – RƏQƏMLƏR

Aktual

24 Avqust 2017, 13:41

"Qarabağ" futbol klubunun səfərdə böyük qələbəsinin eyni zamanda siyasi qələbə olduğu barədə də fikirlər səsləndilir.

 

Modern.az xəbər verir ki, bu haqda deputat Aydın Mirzəzadə bildirib.

 

O qeyd edib ki, bu gün məşhur internet ensiklopediyası olan vikipediyada "Qarabağ" sözünə axtarının statitikası ilə tanış olub.

 

“22 avqust tarixində vikipediyanın ingilis dilli səhifəsində "Qarabağ" futbol klubu səhifəsini 1591, 23 avqustda 20474 nəfər oxuyub.

 

22 avqustda vikipediyanın fransız dilli səhifəsində "Qarabağ" futbol klubu səhifəsini 131, 23 avqustda isə 1600 nəfər oxuyub.

22 avqustda vikipediyanın rus dilli səhifəsində "Qarabağ" futbol klubu səhifəsini 711, 23 avqustda isə 4725 nəfər oxuyub.

 

İndi isə əsas mövu ilə bağlı vikipediyanın göstərdiyi statistika.

 

22 avqust tarixində vikipediyanın ingilis dilli səhifəsində "Qarabağ" məqaləsini 90, 23 avqustda 330 nəfər oxuyub.

 

22 avqust tarixində vikipediyanın rus dilli səhifəsində "Qarabağ" məqaləsini 196, 23 avqustda 867nəfər oxuyub.

Həmin məqalələrin bu gün oxunması stastitikası isə sabah məlum olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü