Modern.az

Luqanskda azərbaycanlı minaya düşüb öldü

Luqanskda azərbaycanlı minaya düşüb öldü

Aktual

24 Avqust 2017, 13:52

Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub.

 

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.

 

Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.

 

Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.

 

Xatırladaq ki, Bryankovsk rayonu separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətindədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü