Modern.az

İctimai Palata növbəti mitinqlə bağlı yeni yerlər təklif edə bilər

İctimai Palata növbəti mitinqlə bağlı yeni yerlər təklif edə bilər

25 May 2011, 14:46

Bu fikirləri Müsavat Partiyası başqanın müavini, İctimai Palatanın Koordinasiya Şurasının katibi Gülağa Aslanlı qurumun 12 və ya 19 iyun tarixlərinə planlaşdırdığı kütləvi aksiyalarla bağlı Modern.az saytının suallarını cavablandırarkən deyib. O qeyd edib ki, İctimai Palata gələn ay keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı yeni yerlər təklif edə bilər.

“Mitinqlərin harada keçirilməsi ilə bağlı İctimai Palatanın Kordinasiya Şurasında sabah müzakirələr aparacağıq. Müzakirənin nəticəsi ayın 27-də saat 3-də Müsavat Partiyasının qərargahında keçiriləcək sessiyada təsdiqlənəcək. Əlbəttə, hər şey ola bilər. Ola bilər ki, mitinqlərlə bağlı bir neçə yer göstərilsin və yaxud da bir yer göstərilsin. Mən hələlik bununla bağlı konkret nəsə deyə bilmərəm. Çünki, Kordinasiya Şurasında bu məsələlər müzakirə olunduqdan sonra bununla bağlı İctimai Palata tərəfindən qərar qəbul olunacaq”-deyə G.Aslanlı bildirib.

Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular