Modern.az

Mehman Əliyev saxlanıldı - YENİLƏNİB

Mehman Əliyev saxlanıldı - YENİLƏNİB

Aktual

24 Avqust 2017, 20:44

"Turan" agentliyinin direktoru Mehman Əliyev şübhəli şəxs kimi saxlanılıb. Modern.az  xəbər verir ki, "Turan" agentliyinin məlumatına görə, M.Əliyev 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli bilinir. O, Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayon polis idarəsinə aparılıb və hazırda oradadır. Ona dövlət vəkili təklif ediblər. Amma Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.

48 saat ərzində o, qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmalıdır.

 

 

17:27

 

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.

Modern.az xəbər verir ki, bu haqda Mehman Əliyevin dostları facebook sosial şəbəkəsində bildirib. 

Jurnalistin Vergilər Nazirliyi İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü