Modern.az

Azərbaycandakı əcnəbi tələbələr toplaşacaq

Azərbaycandakı əcnəbi tələbələr toplaşacaq

25 May 2011, 15:06

Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə Azərbaycanda Təhsil alan Əcnəbi Tələbələrin I Ümumrespublika Forumu keçiriləcək. Bu barədə BBTK-nın sədri Aysəba Mirzəyeva Modern.az-a məlumat verib. Onun sözlərinə görə, tədbir Şuranın dəstək verdiyi “Azərbaycanda Təhsil alan Əcnəbi Tələbələrin I Ümumrespublika Forumu” adlı layihə çərçivəsində keçiriləcək.
A.Mirzəyeva Forumun keçirilməsi məqsədindən danışarkən bunları deyib: “Forumun keçirilməsində əsas məqsədimiz Azərbaycanda olan əcnəbi tələbələrin davamlı birliyini təmin etmək, müvəqqəti Azərbaycan sakini olan çoxlu sayda əcnəbi gəncə Azərbaycan dövlətinin verdiyi önəmi vurğulamaq, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici tələbə potensialından düzgün istifadəni təmin etməkdir”.

O, 31 may 2011 - ci il tarixdə, saat 14:00 da “Qafqaz Point” Otelində baş tutacaq Forumda Azərbaycanın dövlət və özəl universitetlərində təhsil alan əcnəbi tələbələr, eləcə də ölkəmizdə könüllü xidmət göstərən Avropa və Amerikalı gənclərin iştirak edəcəklərini deyib. Bundan başqa tədbirə ali məktəb ocaqlarının rəhbərləri, müxtəlif ölkə səfirləri, yerli QHT rəhbərləri və bir sıra dövlət rəsmiləri də qatılacaq.

Qeyd edək ki, 6 saat davam edəcək tədbir iki - rəsmi və bədii hissədən ibarət olacaq. Tədbirin sonunda yekun bəyannamənin qəbul olunması da gözlənilir.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular