Lerikdə 35 metr dərinlikdə dərəyə yıxılan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lerik rayonu, Vamazğon kəndi ərazisində 1 nəfərin dərinliyi 35 metr olan dərəyə yıxılması barədə məlumat daxil olub.
Dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşı dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:15-də başa çatıb.