Modern.az

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın yeni tərkibi TƏSDİQLƏNDİ

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın yeni tərkibi TƏSDİQLƏNDİ

24 Avqust 2017, 18:35

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Artur Rasi-zadə

-

Azərbaycan Respublikasının Baş naziri

Komissiya sədrinin müavini

Şahin Mustafayev

-

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri:

Samir Şərifov

-

Azərbaycan Respublikasının maliyyə naziri

Ramin Quluzadə

-

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov

-

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov

-

Azərbaycan Respublikasının təhsil naziri

Xələf Xələfov

-

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

Aydın Əliyev

-

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Nazim İbrahimov

-

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Ramiz Həsənov

-

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Qüdrət Qurbanov

-

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Elçin Quliyev

-

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Rövnəq Abdullayev

-

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Cavid Qurbanov

-

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Dursun Həsənov

-

Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri”.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü