Modern.az

Keçmiş prezident avtomobil qəzasına düşdü

Keçmiş prezident avtomobil qəzasına düşdü

24 Avqust 2017, 18:48

Polşanın keçmiş prezidenti Lex Valensanın içərisində olduğu, Hökumət Mühafizə Bürosuna məxsus avtomobil qəzaya düşüb.

 

APA-nın xəbərinə görə, bu barədə yerli RFM.FM radiosu məlumat yayıb. Hadisə Qdansk şəhərində baş verib. "Citroen" markalı avtomobil eks-prezidentin olduğu limuzinlə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Bildirilir ki, limuzində sükan arxasında Hökumət Mühafizə Bürosunun zabiti olub. Avtomobil xüsusi siqnallar işə salınmadan hərəkət edib.

 

Qəzanın baş verməsində təqsirli olan "Citroen" sürücüsü cərimələnib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü