“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasına münasibət bildirib. Modern.az xəbər verir ki, baş məşqçi zəif komandaların olmadığı turnirin püşkünü şərh etməyin çətin olduğunu bildirib: "Bizə Avropanın beş ən güclü futbol ölkəsindən üçünün təmsilçiləri düşüb. Düşünürəm ki, “Çelsi”, “Atletiko” və “Roma” əlavə təqdimata ehtiyac duymurlar. Onlarla oyunlar bizim üçün böyük təcrübə olacaq, komandamıza kömək edəcək. Lakin indi mənim bütün fikrim Premyer-liqada “Qəbələ” ilə gələcək oyunla məşğuldur. Həmin matçdan sonra oturub Çempionlar Liqasındakı rəqiblərimiz barədə məlumat toplayacağam”.
Modern.az