Modern.az

Kur daşqınlarından ziyan çəkənlərin məhkəməsi başladı

Kur daşqınlarından ziyan çəkənlərin məhkəməsi başladı

25 May 2011, 15:39

Mayın 15-də 1 saylı Bakı İnzibatı İqtisadi Məhkəməsində Kür daşqınlarından əziyyət çəkən bir qrup sakinin dəyən ziyanın ödənilməsi tələbi ilə bu gün məhkəmə prosesi keçirilib. Məhkəməyə hakim Tahirə Əsədova sədrlik edib, prosesdə zərərçəkənlərdən Lazım Umudov, Hüseynağa Hüseynov və Şahbaz Hacıyev, zərəçəkənlərin nümayəndələri Oqtay Gülalıyev və Nemət Əliyev  iştirak ediblər. Cavabdeh tərəf olan Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri məhkəmə prosesində iştirak etməyiblər. Hakim prosesdə zərəçəkənləri və onların nümayəndələrini dinləyib. Zərəçəkənlər daşqınlardan bir il ötməsinə baxmayaraq onlara dəyən ziyanın hələ ödənilmədiyini bildiriblər.

Məhkəmə həm qarşı tərəfin prosesdə iştirak etmədiyini, əlavə məlumatların toplamağın zəruriliyini, zərəçəkənlər isə onların problemlərinin həll olunması istiqamətində Fövqəladə Hallar Nazirliyi ilə aparılan son müzakirələri nəzərə alaraq, qarşlıqlı razılıq əsasında məhkəmə prosesi iyun ayının 29-a təyin olunub.

Xatırladaq ki, zərəçəkənlərin hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. Bir qrup Saatlı və Sabirabad rayon sakinləri ötən ilin yazında onlara dəyən ziyanın ödənilməsi tələbi ilə 2010- cu ilin oktyabr ayında məhkəməyə müraciət edib.
Dünən keçirilən 2- ci Kür Forumunda iştirak edən İmişli rayon sakinləri və Hacıqabul rayonunun Meyniman kənd sakinləri də bu günə qədər onlara dəyən ziyanın ödənilmədiyi üçün məhkəməyə iddia ərizələrinin hazırlanması üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət ediblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular