Modern.az

"Qarabağ"ın  rəqibləri müəyyənləşdi - CANLI YAYIM, YENİLƏNİB

"Qarabağ"ın  rəqibləri müəyyənləşdi - CANLI YAYIM, YENİLƏNİB

24 Avqust 2017, 20:49

Monako şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Modern.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu nüfuzlu qitə turnirinə vəsiqə qazanmış "Qarabağ"ın rəqibləri müəyyənləşib. "Qarabağ" C qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri qitənin adlı-sanlı komandaları - “Çelsi”, “Atletiko” və “Roma” olacaq. Beləliklə, qrupların tərkibi aşağıdakı kimi olacaq:

 

A qrupu: "Benfika" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Bazel" (İsveçrə), MOİK (Rusiya)

B qrupu: "Bavariya" (Almaniya), PSJ (Fransa), "Anderlext" (Belçika), "Seltik" (Şotlandiya)

C qrupu: "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya), "Roma" (İtaliya), "Qarabağ" (AZƏRBAYCAN)

D qrupu: "Yuventus" (İtaliya), "Barselona" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Sportinq" (Portuqaliya)

E qrupu: "Spartak" (Rusiya), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə), "Maribor" (Sloveniya)

F qrupu: "Şaxtyor" (Ukrayna), "Mançester Siti" (İngiltərə), "Napoli" (İtaliya), "Feyenoord" (Hollandiya)

G qrupu: "Monako" (Fransa), "Portu" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Leyptsiq" (Almaniya)

H qrupu: "Real Madrid" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Tottenhem" (İngiltərə), APOEL (Kipr)

 

 

20:13

 

Monako şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi başlayıb. Modern.az xəbər verir ki, püşkatma nəticəsində komandaların hansı qruplarda yarışacaqları məlum olacaq. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu nüfuzlu qitə turnirinə vəsiqə qazanmış "Qarabağ"ın da rəqibləri bilinəcək.

 

 

Qrup mərhələsinin səbətləri bu şəkildə formalaşdırılıb.

 

 

 

 

I səbət

 

“Real”

“Bavariya”

“Çelsi”

“Yuventus”

“Benfika”

“Monako”

“Spartak” (Moskva)

“Şaxtyor”

 

 

II səbət

 

“Barselona”

“Atletiko”

PSJ

“Borussiya” (Dortmund)

“Sevilya”

“Mançester Siti”

“Porto”

“Mançester Yunayted”

 

 

III səbət

 

“Napoli”

“Tottenhem”

“Bazel”

“Olimpiakos”

“Anderlext”

“Roma”

“Beşiktaş”

“Liverpul”

 

 

IV səbət

 

“Seltik”

“Qarabağ”

APOEL

“Sportinq”

MOİK (Moskva)

“Feyenord”

“Maribor”

“Leypsiq”

 

Qeyd edək ki, tədbir çərçivəsində, həmçinin, ötən turnirin ən yaxşı oyunçuları mükafatlandırılacaq.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü