Modern.az

Yevlaxda ana qızı ilə birgə intihara cəhd edib

Yevlaxda ana qızı ilə birgə intihara cəhd edib

Aktual

25 Avqust 2017, 00:46

Yevlaxda qadın qızı ilə birgə intihara cəhd edib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kövər kəndində baş verib.

Kənd sakini 1985-ci il təvəllüdlü Bayramova Aygün Mahir qızı ailə münaqişəsi zəminində körpə övladı ilə birgə özünü yaşadığı həyət evinin ikinci mərtəbəsindən yerə atıb. Nəticədə ana və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi