Modern.az

İngilis deputatlar Azərbaycanın Pakistandakı səfirliyinə getdilər

İngilis deputatlar Azərbaycanın Pakistandakı səfirliyinə getdilər

25 Avqust 2017, 12:33

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistanda səfərdə olan Britaniya Parlamentinin deputatları Yasmin Qureshi, Graham Jons, Faysal Rəşid  və Məhəmməd Yasinın qatıldığı nümayəndə heyəti ilə görüşüb.

 

Bu haqda Modern.az-a səfirlikdən bildirilib. 

 

Parlamentarilərin Azərbaycan Səfirliyini ziyarət etmələrindən məmnunluğunu  bildirən səfir Əli Əlizadə Azərbaycanın Britaniya ilə movcud olan dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb. Bu əlaqələrdə parlamentlərarası münasibətlərin xüsusi rolunun olduğunu qeyd edib, parlamentlərarası dostluq qrupunun fəaliyyətinin və tərkibinin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

 

Britaniya ilə olduğu kimi,Azərbaycana yaxındost və qardaş ölkə olan Pakistanla ölkəmizin xususi münasibətlərinin olduğunu bildirən səfir, hər iki ölkənin rəhbərlərinin müsbət tövhələri ilə inkişaf edən Azərbaycan-Pakistanəlaqələri haqqında məlumat verib, Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini, işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını qeyd edib və parlamentariləri Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ermənistanın davam edən təcavüzkar siyasəti haqqında məlumatlandırıb. Dağlıq Qarabağ kimi Kəşmir münaqişəsinin də həllinin regionda sülh və sabitliyinin bərpa olunmasına öz müsbət tövhəsini verəcəyini, Birləşmiş Millətlər Təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin zəruri olduğunu bildirən səfir, beynəlxalq ictimaiyyətin təcavüzkar Ermənistana təzyiq göstərməsi gərəkdiyini vurğulayıb.

 

Parlamentarilər keçirilən görüşə və göstərilən isti münasibətə görə təşəkkürlərini çatdırıb, Birləşmiş Krallığın və Pakistanın Azərbaycanla olan səmərəli əməkdaşlıq əlaqələrindən məmnun olduqlarını, bu əlaqələrin, xüsusən parlamentlərarası münasibətlərin, dostluq qruplarının fəaliyyətinin daha da aktivləşdirilməsinin önəmini qeyd ediblər, mümkün olan ilk fürsətdə Azərbaycana səfər edəcəklərini bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi