Modern.az

Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi

Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi

25 Avqust 2017, 14:14

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.

 

Modern.az-ın məlumatına görə, M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb:

 

"Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".

 

Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi