Modern.az

1918-ci ildə Gürcüstanın müstəqilliyini imzalayan siyasi liderlərin övladaları Tiflisə gəlib

1918-ci ildə Gürcüstanın müstəqilliyini imzalayan siyasi liderlərin övladaları Tiflisə gəlib

25 May 2011, 17:08

Parlamentin ilk sədri Noy Jordaniyanın oğlu hərbi parada dəvət edilib

1918-21-ci illərdə Gürcüstan Demokratik Respublikası parlamentinin  ilk sədri olmuş Noy Jordaniyanın və daxili işlər naziri olmuş Noy Ramişvilinin övladları Gürcüstanın Müstəqillik Günü ilə əlaqadar Tiflisə gəlib. Modern.az gürcü mediasına istinadla xəbər verir ki, Jordaniya və Ramişvilinin övladları sabah Müstəqillik Günü ilə bağlı Tiflisdə keçirilən hərbi paradda iştirak edəcəklər. Mayın 27-də isə onlar Diaspor Günü ilə bağlı tədbirlərə qatılacaqlar.

Həmin gün Gürcüstan parlamentində Noy Jordaniyanın oğlu Receb Jordaniyanın kitabının təqdimetmə mərasimi keçiriləcək. Bu kitabda bolşeviklər tərəfindən təqib olunan Jordaniya və hökümətin digər üzvlərinin həyatı əks olunub.

Rusiya İmperiyasının dağılmasından sonra Qafqaz Seyminə rəhbərlik edən Jordaniya 1918-ci il mayın 26-da  Gürcüstanın müstəqillyini elan edib və parlamentin ilk sədri olub. Sovet Rusiyası Gürcüstanı işğal etdikdən sonra siyasi mühacirətə gedib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular