Modern.az

Türkiyə səfiri İsveç XİN-ə çağrılıb

Türkiyə səfiri İsveç XİN-ə çağrılıb

25 Avqust 2017, 18:20

Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən İsveç XİN-ə çağrılıb.

 

Modern.az-ın məlumatına görə, səfirdən iki İsveç vətəndaşının həbsi ilə bağlı açıqlama tələb edilib.

Qeyd edək ki, avqustun əvvəlində 59 yaşlı yazıçı-jurnalist Həmzə Yalçın İspaniyada Türkiyə hökumətinin sorğusuna əsasən saxlanılıb. Türkiyə yazıçını terrorçularla əlaqədə ittiham edir.

 

İsveç vətəndaşı olan daha bir fəal- Ali Qaravi də terror ittihamı ilə iyulda Türkiyədə həbs edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi