Modern.az

Elxan Poluxov etimadnamələrini prezidentə təqdim etdi

Elxan Poluxov etimadnamələrini prezidentə təqdim etdi

25 Avqust 2017, 19:41

İqamətgahı Brasiliya şəhərində olan Azərbaycan Respublikasının Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Surinam prezidenti Desire Delano Bouterseye təqdim edib. Azərbaycanın Braziliyadakı səfirliyindən Modern.az-a verilən məlumata görə, görüş zamanı prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib və səfir Poluxova işində uğurlar arzulayıb.

 

Öz növbəsində E. Poluxov prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Surinam Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

 

Sonra səfir Surinam prezidentinə Azərbaycan haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlər ətrafında müzakirə aparıb.       

 

Modern.az      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi