Modern.az

“Lider”dəki qalmaqallı pornosüjetin qurbanı “Space”də yeni şouya başlayır

“Lider”dəki qalmaqallı pornosüjetin qurbanı “Space”də yeni şouya başlayır

25 May 2011, 17:46

"Ekstrim Azərbaycan" cəmiyyətinin "Space TV ilə birgə hazırladığı "Eksrim" realiti-şousu 4 iyun tarixind'n etibarən “Space”də yayımlanmağa başlayacaq. Modern.az-ın məlumatına görə, bu barədə adı çəkilən telekanaldan bildirilib.

Qeyd edək ki, şouya qatılan 12 nəfər – müğənnilər Aygün Kazımova, Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, Nurlan Əzizbəyli, "Kristal" qrupunun eks solisti Lalə, türkiyəli prodüser Kemal Cenk İçten, "Dəyirman" rep-qrupunun üzvü Malik, teleaparıcı Lətafət Ələkbərova, Lamiyyə Rəhimova, model Xanım Manafzadə və iş adamı Dəyanət İsmayılov mayın 12-dən Bakının tərk edərək Afrikanın Namibiya ölkəsinə gediblər.

Eksrim" realiti-şousu bu ölkədə təşkil olunub ki, iştirakçıların çətin sınaqda özlərini necə apardığını görmək mümkün olsun. 12 iştirakçı səhrada ekstremal şəraitdə yaşayacaq. Qalib gələn iştirakçıya bahalı idman avtomobili hədiyyə olunacaq.
Məlumatlara görə, bu layihənin gerçəkləşməsi üçün 1 milyon dollar ayrılıb. Anoloji layihə xarici ölkələrin telekanallarında da yayımlanır, amma onların büdcəsi daha böyükdür.

Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı telejurnalist Emin Əhmədovdur. Bu, o Emin Əhmədovdur ki, ötən ilin sonlarında “Lider” TV-də “Azadlıq” qəzetinin sabiq direktoru Azər Əhmədovla bağlı açıq-saçıq səhnələrlə zəngin qalmaqallı videolentin efirə verilməsindən sonra işdən çıxmışdı.

E.Əhmədov həmin hadisəyədək “Lider” TV-də hərbi proqramın aparıcısı idi. “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovla bağlı pornosəhnə birinci dəfə efirə verilərkən bu üzdəniraq lentin mətnini məhz E.Əhmədov oxumuşdu. Özünün deməyinə görə, sonradan bilmişdi ki, onun səsləndirdiyi videolentə çoxlu intim səhnələr əlavə edilib.
Buna etiraz edən Emin “Lider” TV-dən qalmaqallı şəkildə ayrılmışdı.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi