Modern.az

Zərgərlik mağazasından  1,8 milyonluq oğurluq

Zərgərlik mağazasından  1,8 milyonluq oğurluq

25 Avqust 2017, 21:12

Londonda zərgərlik mağazasından oğurluq olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, mağazadan 1,8 milyon funtsterlinq (2,3 milyon dollardan artıq) dəyərində zinət əşyaları oğurlanıb.

 

Məlumata görə, soyğunçuluqda 8 nəfər iştirak edib. Onlardan 3-ü çəkic və lomla divarı deşib və içəri giriblər, digərləri isə çöldə vəziyyətə nəzarət ediblər.

 

 

Soyğunçular 3 saat mağazada olublar. Oğurlanan zinət əşyaları arasında qızıl və almaz boyunbağı, bilərzik və sırğalar var. Hələlik hadisəni törədənlərin kimliyi müəyyənləşdirilməyib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi