Modern.az

Tovuzda iki azyaşlı maşınla vurularaq öldürülüb

Tovuzda iki azyaşlı maşınla vurularaq öldürülüb

25 Avqust 2017, 21:59

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Modern.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

 

“VAZ” markalı avtomobil Əyyublu kənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlu və Bayramlı kənd sakini, Əyyublu kəndində qonaq gələn 2007-ci il təvəllüdlü Qəfərova Əfsanə Elşən qızını vuraraq öldürüb, sonra isə hadisə yerindən qaçıb. Hadisə uşaqlar küçədə oynayarkən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM