Modern.az

“Qarabağ”ın qələbəsi ad günümə ən böyük hədiyyə oldu”- 82 yaşlı Fikrət Qoca

“Qarabağ”ın qələbəsi ad günümə ən böyük hədiyyə oldu”- 82 yaşlı Fikrət Qoca

25 Avqust 2017, 23:14

Bu gün xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın 82 yaşı tamam olur. Qocaman şair bu gün də AYB-də öz fəaliyyətini davam etdirir və ara-sıra yeni şeirlərlə oxucuların görüşünə gəlir. Doğum günü təəssüratını Modern.az-la bölüşən Xalq şairi ona ən böyük ad günü hədiyyəsini “Qarabağ” futbol klubunun etdiyini vurğulayır:

““Qarabağ” komandasının tarixi qələbəsi mənim ən üçün ən böyük hədiyyə və təbrik oldu. Təkcə komanda deyil, həm də bizim Qarabağ torpağının adıdır. Komanda  sübut etdi ki, mən həqiqətən də, bu ada layiqəm. Adı aparıb zirvələrə çıxardı. Bu qələbə mənə sanki qanad verdi, ruh verdi. Bu gün 82 yaşım tamam oldu. Bu yaşda məni nə ilə təəccübləndirmək olar ki? Doğulmaq da, dünyadan köçmək də hamısı qədim şeylərdi. Dünya yaranandan olub, dağılana qədər də olacaq. Mən də bu ikisinin arasındayam. Bu yaşda nə yaşayıramsa, mənim üçün qazancdı. Bəlkə bir yaxşı nəyisə gördüm, bəlkə, yaxşı nəyisə eşitdim, xalqımıza yaxşı olan nəyinsə şahidi oldum. Bunlardan ötəri yaşayıram. Çünki bilirəm ki, bunların hamısı olacaq. Amma vaxtına var. Lakin adam da istəyir ki, o günləri də görsün, sevincin iştirakçısı, şahidi olsun. Artıq siz cavanlar varsınız. Allah hamınıza mənim yaşıma çatmağı qismət eləsin”.

 

 

N.Nihad

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi