İmişlidə qətl hadisəsi törədilib. Modern.az APA-ya istinadən xəbər verir ki, İmişli sakini, 1990-cı il təvəllüdlü Süleymanov Elçin Malik oğlu həmyerlisi, 1973-cü il təvəllüdlü Ağayev Əhsən Kamal oğlunu aralarında yaranan münaqişə zəminində bıçaqla qətlə yetirib.
Cinayəti törədən şəxs saxlanılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Modern.az