Modern.az

Bərdədə kanalda avtomobil batıb

Bərdədə kanalda avtomobil batıb

26 Avqust 2017, 09:15

Bərdə rayonu, Bəcirəvan kəndində kanalda avtomobil batıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ su kanalının Bərdə rayonu, Bəcirəvan kəndindən keçən hissəsinə, “VAZ” markalı minik avtomobili düşüb.

 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Hazırda axtarış işləri aparılır. Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi